Yaxınlarının xəbər ala bilmədiyi 4 azərbaycanlıların yeri bilindi
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib.
Bu barədə Gender.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Qeyd olunub ki, səfirlik əməkdaşları tərəfindən həmin Azərbaycan vətəndaşları ilə görüş keçirilib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.
Tarix: 11 fevral 2023
Baxış: 231
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş