Xəbər lenti
Reklam
Bayden əmr verdi: ABŞ naməlum obyekti vurdu

ABŞ ordusu Alyaska ştatı üzərində hava məkanına daxil olan naməlum obyekti vurub.
Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiya üzrə koordinatoru Con Kirbi deyib.
O, daha öncə Atlantik okeanı üzərində vurulan Çin şarından əhəmiyyətli dərəcədə kiçik və sadə olan cihazın mənsubiyyəti və məqsədinin hələ müəyyən edilmədiyini bildirib:
"Mən təsdiq edə bilərəm ki, Müdafiə Departamenti son 24 saat ərzində Alyaska hava məkanında hündürlükdə olan obyekti izləyib. Obyekt 40 min fut (12 kilometr) yüksəklikdə uçurdu və mülki aviasiya üçün müəyyən təhlükə yaradırdı. Prezident Co Bayden hərbçilərə obyekti vurmağı əmr etdi və tapşırıq yerinə yetirildi". \\Axar.Az

Tarix: 11 fevral 2023
Baxış: 282

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş