Viran qalan Kahramanmaraşda daha bir zəlzələ baş verdi
Türkiyənin Adana vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb. Zəlzələnin episentri Kahramanmaraş, dərinliyi 7 km olub.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb. \\Metbuat.Az
Tarix: 10 fevral 2023
Baxış: 195
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş