Yaxın zamanda Mərmərədə böyük zəlzələ ola bilər - Yapon alim
Yaxın aylarda Mərmərə bölgəsində böyük zəlzələ gözlənilir.
Gender.Az xəbər verir ki, yaponiyalı zəlzələ üzrə mütəxəssis Yoşinori Morivaki Ferda Yıldırımla canlı efir zamanı birbaşa deyib.
“Hazırlıqlı olmaq lazımdır. Türkiyədə yaxın zamanlarda Mərmərə bölgəsində böyük zəlzələ gözlənilir.
Mərmərə bölgəsində dörd yerdə uzun zamandır parçalanmayan qırılma xətləri var. Bu bölgənin təhlükəli olduğunu deyə bilərəm. İkinci olaraq Şərqi Anadolu qırılma xətti Bingöldə bir dəfə kiçik zəlzələ baş verdi, amma daha güclü zəlzələnin olacağı gözlənilir. Egey tərəfdə də 6, maksimum 7 bal gücündə zəlzələnin olması gözlənilə bilər".\\Medicina
Tarix: 09 fevral 2023
Baxış: 246
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş