Vatsap istifadəçiləri üçün yeni funksiya
Vatsap mesencerində istifadəçilərə qrup çatlarında zəngləri planlaşdırmaq imkanı təklif edən funksiya hazırlanır.
Gender.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Yeni funksiya ilə zəngin adını, tarixini və vaxtını seçmək mümkün olacaq. Bundan əlavə, onun iştirakçıları zəngin yaradılması və onun başlanması barədə bildirişlər alacaqlar.
Yenilik “Android”də mesencerin beta versiyasında mövcud olacaq. Funksiyanın nə vaxt hər kəs üçün əlçatan olacağı barədə hələlik məlumat verilmir.\\Modern.az
Tarix: 09 fevral 2023
Baxış: 194
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş