Xəbər lenti
Reklam
Türkiyəyə yardım üçün donor konfransı keçiriləcək

Avropa Birliyi (AB) Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə kömək məqsədilə donor konfransı təşkil edəcək.
Gender.az TRT telekanalına istinadən xəbər verir ki, bu barədə AB Komissiyasının açıqlamasında bildirilib.
Açıqlamada məqsədin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu və konfransın martın əvvəlində Brüsseldə keçirilməsinin planlaşdırıldığı bildirilib.
Qeyd edilib ki, yüksək səviyyəli konfrans AB-yə üzv ölkələrlə yanaşı, qonşu dövlətlər, BMT-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.\\Axar.Az

Tarix: 09 fevral 2023
Baxış: 212

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş