

Yəqin ki, bu ad bir çoxlarınıza sosial şəbəkələrdən tanışdır. Tanımayanlar üçün qısa arayış verim ki, Lənbəranski yoldaş özünü xeyirxah və yardımsevər bir bloger kimi tanıdır. Bir sözlə, utanmasa özünü tanınmış xeyriyyəçi “Hacı Zeynalabdin Tağıyevin davamçısı da adlandırar. Yəni buna iddialıdır. Əlbəttə ki, xeyirxahlıq olduqca gözəl əməldir və “Əl tutmaq Əlidən qalıb” məsəlini də dədə-babalarımız boş yerə çəkməyiblər.

Bu, məsələnin bir tərəfidir. İndi isə keçək Türkiyədəki zəlzələni özünə fürsət bilib bunun üzərindən özünü babat reklam edən Lənbəranskinin digər “hərəkətlərinə”. Deməli, sosial şəbəkələri açar-açmaz bir çox insanların bu adamı qınaq obyektinə çevirdiyini müşahidə edirəm. Səbəb isə Azərbaycan xalqının qardaş Türkiyəyə etdiyi könüllü yardımı Lənbəranskinin öz adına çıxarmasıdır. Guya xalq bu şəxsin çağırışlarından sonra kampaniya başladıb və “yardım aksiyası”na qoşulub. Ay Lənbəranski qardaş, elə bil çox oldu axı, bu qədər də yox da… Axı yardımsevərlik, xeyirxahlıq bu xalqın genindədir. Sən çağırış etsən də, etməsən də, Azərbaycan xalqı qardaş Türkiyəyə əlindən gələn köməyi əsirgəməyəcək. İndi bu boyda xeyirxahlığı öz adına niyə çıxmaq istəyirsən, bu icazəni sənə kim verib?
Amma ən azından məlumat xarakterli paylaşımlar etsən, insanlar faydalanar. Daha çıxıb “mənim çağırışımdan sonra millət axışır”, yaxud “TIR”lar yola düşür” kimi özünü tərifləyən və reklama hesablanan videolar yaymaq kənardan heç də yaxşı görünmür.

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: