Xəbər lenti
Reklam
"Prezidentin tapşırığı ilə Türkiyəyə dəstək ən yüksək səviyyədə həyata keçirilir" — Ziyafət Əsgərov

"Bu gün qardaş Türkiyənin yaşadığı hadisə böyük bir faciədir".
Gender.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Komitə sədri daha sonra bunları əlavə edib:
"Türkiyədə dağıntılar zamanı dünyasını dəyişmiş insanlara Allahdan rəhmət diləyirəm, yaralıların isə tezliklə sağalmasını arzulayıram. Türkiyənin dərdi bizim dərdimizdir, sevinci də sevincimizdir. Türkiyə bizə qardaş və doğma ölkədir. Bizim öz millətimizdir. Təəssüf ki, bu böyük faciə nəticəsində minlərlə insan həyatını itirdi. Təbii ki, Türkiyəyə ilk yardım Azərbaycan tərəfindən gəldi. Türkiyəyə dəstək məsələsi bu gün cənab Prezidentin tapşırığı ilə ən yüksək səviyyədə həyata keçirilir. Xalqımız da əlindən nə gəlirsə, Türkiyəyə yardım edir. Bundan sonra da edəcək. Bütün Türkiyə xalqına, millətinə səbr arzulayıram. Bu dərdi yüngülləşdirmək üçün onlara həmdərdik, ürəyimiz onlarla bir yerdədir". 
Tarix: 07 fevral 2023
Baxış: 250

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş