Xəbər lenti
Reklam
Zəlzələdə ölənlərin sayı 1 762-ə çatdı - Yenilənib-7
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 5 606 bina dağılıb.\\Bakupost.az
***
 
18:32
 
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.\\Bakupost.az
 
***
 
17:43
 
Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.
Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb.\\Bakupost.az
 
***
16:13
Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.\\Bakupost.az
 
***
14:13
 
Türkiyədəki zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 5385 nəfər yaralanıb, 2818 bina dağılıb.\\Bakupost.az
 
***
11:06
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.
Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.
O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.\\Bakupost.az
 
***
09:18
 
Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində azı 440 nəfər xəsarət alıb.\\Bakupost.az
 
***
08:11
Türkiyədə Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.
Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub. Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.
Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə saat 05:26-da baş verib.
Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.\\Bakupost.az
 









 
Zəlzələdə ölənlərin sayı 1 762-ə çatdı -  Yenilənib-7

Zəlzələdə ölənlərin sayı 1 762-ə çatdı -  Yenilənib-7

Zəlzələdə ölənlərin sayı 1 762-ə çatdı -  Yenilənib-7

Zəlzələdə ölənlərin sayı 1 762-ə çatdı -  Yenilənib-7

Zəlzələdə ölənlərin sayı 1 762-ə çatdı -  Yenilənib-7

Zəlzələdə ölənlərin sayı 1 762-ə çatdı -  Yenilənib-7

Zəlzələdə ölənlərin sayı 1 762-ə çatdı -  Yenilənib-7

Zəlzələdə ölənlərin sayı 1 762-ə çatdı -  Yenilənib-7

Tarix: 07 fevral 2023
Baxış: 214

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş