Xəbər lenti
Reklam
Rusiyada daha 13 şaxtaçının cəsədi aşkarlandı

Rusiyanın Kuzbas bölgəsində yerləşən “Listvyajnaya” şaxtasında 13 şaxtaçı və xilasedicinin cəsədi aşkarlanıb. Onların hamısı xəstəxanaya yerləşdiriliblər.
Bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin nümayəndəsi mətbuata məlumat verib.
“Hazırda meyitlərin şaxtadan çıxarılması işləri görülür. Qalan iki meyitin axtarışı həyata keçirilir”, - mənbə məlumat verib.
Xatırladaq ki, noyabrın 25-də Kuzbasın Belovskiy rayonunda yerləşən "Listvyajnaya" mədənində qəza baş verib. Hadisə ilə bağlı sənaye təhlükəsizliyinin pozulması və səhlənkarlıqla bağlı 2 cinayət işi açılıb. Artıq 5 nəfər həbs olunub. Bunlar şaxtanın direktoru, onun müavini, hadisənin baş verdiyi sahənin rəisi və “Rostexnadzor”un müəssisədə yoxlama aparmış 2 əməkdaşıdır. \\Redaktor

Tarix: 03 fevral 2023
Baxış: 214

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş