Xəbər lenti
Reklam
Zaxarovadan Makrona sual: "Bu, vəziyyətin gərginləşməsinə səbəb olmayacaq?"

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya mümkün hərbi təyyarələrin çatdırılmasının eskalasiyaya gətirib çıxarmayacağı ilə bağlı sözləri absurddur.
Gender.Az xəbər verir ki, bunu fevralın 1-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz Ukraynaya təyyarələrin mümkün tədarükü ilə bağlı sualı cavablandıran Fransa prezidenti Makronun sözlərinə diqqət yetirək: “Prinsipcə heç nə qadağan edilmir, bir şərtlə ki, o, xüsusilə Ukrayna Silahlı Qüvvələri üçün faydalı olsun. Münaqişənin genişlənməsinə və Rusiya ərazisinə zərbələr endirməyəcək, Fransanın özünün müdafiə qabiliyyətini zəiflətməyəcək”. Bu, bir növ absurddur, bağışlayın", - Zaxarova bildirib.
“Əlbəttə, hamınız məni bağışlayacaqsınız, lakin Parisin Kiyevi qırıcı təyyarələrlə təchiz etməyə hazır olduğunu yanvarın 28-də Ukraynaya səfər edən Fransanın müdafiə naziri də təsdiqləyib.
Fransa prezidenti doğrudanmı əmindir ki, Kiyev rejiminə döyüş əməliyyatları üçün silah, ağır silahlar və təyyarələr verilərsə, bu, vəziyyətin gərginləşməsinə səbəb olmayacaq? Mən belə bir məntiqin yetkin adamda ola biləcəyinə inanmaqdan imtina edirəm", - diplomat əlavə edib.\\Redaktor.Az

Tarix: 01 fevral 2023
Baxış: 207

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş