
Bakcell 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəaliyyət göstərən 5G şəbəkəsi Bakının müxtəlif ərazilərində - Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı) və “Dəniz Mall” ərazisində mövcuddur.
Gender.Az xəbər verir kl, Azərbaycanın ən sürətli mobil şəbəkəsinin təqdimatında 5G texnologiyasını Huawei, Xiaomi, OnePlus, Poco və Vivo smartfonlarının sahibləri istifadə edə bilər.
Bakcell 5G texnologiyadan istifadə edən abunəçilərinə 5GB balans da hədiyyə edir. Yuxarıda adları çəkilən mobil cihaz sahibləri 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmalıdırlar. Əgər abunəçinin cihazı 5G texnologiyasını dəstəkləyirsə, onun nömrəsinin balansına 5 GB həcmində 5G trafiki hədiyyə olunacaq. Bu balans 1 saat ərzində 5G sınaqları keçirilən ərazilərdə istifadə edilə bilər.
Ətraflı məlumatı 5g.bakcell.com səhifəsindən əldə etmək mümkündür.
Bakcell Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır.







Isparta – Türkiyənin gül qoxulu şəhəri - FOTOLAR
"Nüvə qışı" təhlükəsi - BÜTÜN DÜNYADA!
Pensiyalar bu tarixdə ödəniləcək
Leyla Şıxlinskayadan “Gün keçdi” filmi ilə bağlı TƏKLİF
Azərbaycana 1 milyon gətirən kişi TUTULDU: oğlunun toyuna gəlirdi
Kəmaləddin Heydərovun rəis təyin etdiyi polkovnik KİMDİR?
Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
Sabah Azərbaycanın üç rayonunda işıq olmayacaq
Bakıda bu ərazilərdə EVLƏR SÖKÜLƏCƏK
Nazirliyin vəzifəli şəxsi həbs edildi



