Azərbaycan Ordusu dünya miqyasında neçəncidir?
Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.
Bu barədə hərbi sahədə ixtisaslaşmış "Global Firepower" portalı məlumat yayıb.
2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.
Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.
Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir. \\Axar.az
Tarix: 05 yanvar 2023
Baxış: 190
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş