İranda 18 yaşlı etirazçıya edam cəzası verildi
Nouşəhrdə ümumxalq etirazlar zamanı həbs olunan 18 yaşlı Arşia Tek Dəstan Sari İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum olunub.
Bu barədə "Hrana" məlumat yayıb.
"Yer üzərində fəsad və müharib" ittihamı ilə barəsində edam qərarı çıxarılan gənc, üstəlik, "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanları bir-birini öldürməyə və döyüşməyə sövq etmək", "rejim əleyhinə təbliğat fəaliyyəti" kimi ittihamlarla 5 il, "Rəhbəri təhqir etmək" ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrumetmə ilə də cəzalandırılıb. \\Axar.az
Tarix: 04 yanvar 2023
Baxış: 202
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş