Xəbər lenti
Reklam
Azərbaycanda tanınmış baş həkim ad günündə işdən çıxarıldı - FOTO

Azərbaycanın tanınmış həkimi, 15 saylı şəhər poliklinikasının baş həkimi Mürsəl Həmidov yaşı ilə əlaqədar təqaüdə göndərilib.
Dekabrın 23-də onun əmri verilib, dekabrın 25-də isə 70 yaşı tamam olub.
Qeyd edək ki, Həmidov Mürsəl Lələkişi oğlu 1952-ci il dekabr ayının 25-də Laçın rayonun Lolabağırlı kəndində anadan olub. O, uzun müddət Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkimi vəzifəsində çalışıb. 2015-ci ildə Respublika Təcili Yardım Stansiyasının direktoru vəzifəsinə təyin olunub.
Bir il sonra isə təyinatı dəyişdirilib və 2016-cı ildən 15 saylı şəhər poliklinikasına rəhbərlik edib.
Onun yerinə Vahid İbrahimov təyin olunub. O, kollektivə təqdim edilib. V. İbrahimov 11 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışıb.


Baku.ws

Tarix: 26 dekabr 2022
Baxış: 411

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş