Xəbər lenti
Reklam
Əlil uşağa baxan şəxslərə Prezident təqaüdü verilirmi? - HÜQUQİ YARDIM

Oxuculara hüquqi yardımını davam etdiririk.
Bu dəfə təqdim etdiyimiz mövzu  Prezident təqaüdü alınması halları ilə bağlıdır.
Sual:Tam dövlət təminatında olan orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilirmi?
Cavab:Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir.
Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara qulluq edilməsinə görə Prezident təqaüd ödənilmir. \\Oxu24.com
 

Tarix: 26 dekabr 2022
Baxış: 407

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş