Xəbər lenti
Reklam
“Azəriqaz”dan əhaliyə MÜRACİƏT: Yanvarın 1-dən...

Ölkə ərazisində istifadə olunan smart-kart tipli qaz sayğaclarının tarif limitinin yenilənməsi avtomatik olaraq 2022-ci ilin dekabrın 31-dən 2023-cü ilin yanvarın 1-ə keçən gecə baş tutacaq.
Hurriyyet.Az xəbər verir ki, bu sözləri "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
Şöbə rəisinin sözlərinə görə, hazırda Azərbaycanda smart-kart tipli qaz sayğaclarından istifadə edən abonentlərin sayı 1 milyona yaxındır: "Qalan 1,4 milyona yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq".
O əlavə edib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən, mexaniki sayğaclarda limitlərin yenilənməsi yanvar ayının 10-a qədər təmin olunmalıdır: "Amma qarşımızda qoyduğumuz əsas hədəflərdən biri odur ki, limitlərin yenilənməsi prosesi yanvar ayının 6-na qədər icra olunsun".





Tarix: 23 dekabr 2022
Baxış: 392

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş