Xəbər lenti
Reklam
Niderlandın Baş nazirindən inanılmaz addım - Ölkə çaşqınlıq içərisində

Bu gün Niderland Baş naziri Mark Rutte hökümət toplantısında sensasion bəyanatlarla çıxış edib.

Gender.Az Niderland mətbuatına istinadən xəbər verir ki, Baş nazir ölkənin 17-18-ci əsrlərdəki müstəmləkəçi, kölələşdirmə siyasətini tənqid edərək, Afrika xalqlarından və Hollandiya müstəmləkəsindən əziyyət çəkmiş bütün xalqlardan üzr istəyib: "Ortaq tariximizin səhifələrində bu gün 21-ci əsr insanını utandıracaq məqamlar çoxdur. Biz həmin səhifələri silmək, yaxud dəyərləndirmək yox, həmin hadisələrlə üzləşmək məcburiyyətindəyik"

Hökümət müxalifləri Ruttenin üzrünün Niderland üçün baha başa gələcəyini, hətta birbaşa satqınlıq olduğunu deyiblər. Belə ki, Ruttenin bu üzründən sonra Hollandiya hökumətinin bu sahədə maarifləndirmə layihələrinə 200 milyon avro ayıracağı, həmçinin Köləlik muzeyinə 27 milyon avro təzminat ödəniləcəyi düşünür. 

Hollandiya müstəmləkəsində olmuş ölkələrə nə qədər təzminat veriləcəyi mövzusunda isə, hələki qəti qərara gəlinməyib, lakin iqtisadçıların fikrincə bu, Rusiya-Ukrayna müharibəsi gedişində Niderland üçün böyük iqtisadi böhrana səbəb ola biləcək nəticələr doğura bilər.

Qeyd edək ki, Niderland (Hollandiya) 17, 18 və 19-cu əsrlərdə Fildişi Sahili, CAR, Qana, Anqola, Burkina-Faso, Nambiya, Seneqal kimi Afrika ölkələrində həmçinin İndoneziya, Vietnam kimi Asiya ölkələrində apardığı müstəmləkəçilik siyasəti nəticəsində 5 milyondan artıq insanın öldüyü təxmin edilir.

Niderlandın Baş nazirindən inanılmaz addım - Ölkə çaşqınlıq içərisində
Niderlandın Baş nazirindən inanılmaz addım - Ölkə çaşqınlıq içərisində

Mənbə: Baku Post

Tarix: 19 dekabr 2022
Baxış: 322

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş