Prezident general-mayoru rəis təyin etdi
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.
Gender.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib. Əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Azər İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi idi.
Xatırladaq ki, xəbəri ilk olaraq "Gununsesi.info" saytı yayıb.
Tarix: 19 dekabr 2022
Baxış: 320
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş