Xəbər lenti
Reklam
"Laçın dəhlizinin bir neçə saatlıq bağlanması geri dönməz nəticələrə səbəb ola bilər" - Stepanyan

“Laçın dəhlizinin bir neçə saatlıq bağlanması geri dönməz humanitar nəticələrə səbəb ola bilər”.
Bunu Qarabağdakı qondarma qurumun “ombudsman”ı Qeqam Stepanyan deyib.
“İndi Azərbaycan fəal şəkildə Laçın dəhlizini bağlamağa çalışır. Bu, Qarabağı xarici dünya ilə birləşdirən yeganə yoldur. Laçın dəhlizinin bir neçə saatlıq da olsa bağlanması geri dönməəz humanitar nəticələrlə doludur.
Qarabağ xalqı bütün hüquqlara layiqdir. Beynəlxalq aləmə müraciət edirəm ki, yeni “soyqırım”ın qarşısını almaq və xalqımın hüquqlarını qorumaq üçün hərəkətə keçsinlər. Mövcud sübutlar beynəlxalq mexanizmləri işə salmaq üçün kifayət qədərdir. Bu, bir və ya bir neçə aktorun deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir. Mən sizdən qərəzsizlik və cəsarət gözləyirəm”, – deyə Stepanyan şikayətlənib. \\KONKRET.az


Tarix: 11 dekabr 2022
Baxış: 358

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş