Xəbər lenti
Reklam
"BMT Rusiya sülhməramlılarına beynəlxalq mandat versə, Qarabağda müddətsiz qalacaqlar" - Babayan

“Qarabağ “soyqırım”la hədələnir, sivil dünya Qarabağa kömək və dəstək üçün addımlar atmalıdır”.
Gender.Az xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” vəzifəsini icra edən David Babayan telegram kanalda yazıb.
“Qarabağ “soyqırım” ilə hədələnir. Sivil dünya Qarabağa kömək və dəstək üçün addımlar atmalıdır.
Ən yaxşı variant, məsələn, BMT Təhlükəsizlik Şurasının Rusiya sülhməramlı missiyasına beynəlxalq mandat verməsi olardı. Onda Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu və yerləşdirilməsi 2025-ci ildən sonra da, həm də qeyri-müəyyən müddətə qədər davam etsin. Bu münaqişəsinin hərtərəfli həllinə nail olana qədər sülhməramlılar Qarabağda qalmalıdır”, – deyə Babayan sarsaqlayıb.
P.S. Ermənilərin fantaziyası güclüdür. Hər cür “ideya” ağıllarına gəlir. Bütün fikirləri ancaq Azərbaycanı necə “məhv etmək”lə bağlıdır. Gecə-gündüz axmaq fikirlərə düşməkdənsə, sadəcə barışığa imza atıb, dinc, yanaşı yaşamağı düşünmək lazımdır. \\KONKRET.az

Tarix: 08 dekabr 2022
Baxış: 268

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş