Xəbər lenti
Reklam
Rusiyaya qarşı yeni QADAĞALAR

Avropa Komissiyası (AK) Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təqdim edib.
Gender.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu paketdə daha 200-ə yaxın şəxs, üç bank, dörd telekanal, hərbi sənaye kompleksinin şirkətləri “qara siyahı”ya salınacaq.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası “yüksək rütbəli Rusiya hərbçiləri, parlamentarilər, qubernatorlar, nazirlər, siyasi partiyalar və şirkətləri” qara siyahıya salmağı planlaşdırır. Onların adları yalnız Aİ Şurası yeni sanksiyalar paketini təsdiqlədikdən və Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra məlum olacaq.
Eyni zamanda, Avropa Komissiyası daha üç banka qarşı sanksiyaların tətbiq edilməsini, o cümlədən Rusiyanın Regional İnkişaf Bankı üçün əməliyyatlara tamamilə qadağa qoyulmasını təklif edib.
"Biz həmçinin ikili təyinatlı mallara, o cümlədən bir sıra kimyəvi maddələrə, elektronika, komponentlər və Rusiya hərbi-sənaye kompleksinin istifadə edə biləcəyi hər şeyə qarşı ixrac məhdudiyyətlərinin tətbiqini təklif edirik. Rusiyanın bütün növ dronlara çıxışını kəsəcəyik, Rusiyaya pilotsuz təyyarələrin birbaşa tədarükünü və üçüncü ölkələrə, məsələn, Rusiyaya pilotsuz təyyarələr verə bilən İrana ixracını qadağan etməyi təklif edirik” - deyə, AK-nın rəhbəri sözlərinə davam edib. \\32gun.az

Tarix: 07 dekabr 2022
Baxış: 281

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş