Xəbər lenti
Reklam
Bu şəxs “İlin adamı” seçildi

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın “Time” jurnalına görə “İlin adamı” seçilib. 

Gender.Az sözügedən nəşrə istinadən xəbər verir ki, Zelenski işğalın ilk kritik həftələrindən etibarən Kiyevi tərk etmədiyinə və müharibə zamanı bütün dünyanı öz ölkəsi ətrafında birləşdirə bildiyinə görə bu ada layiq görülüb.  

Qeyd olunub ki, Zelenski müharibənin ilk günlərindən etibarən səmimi çıxışlar edib və “demokratiyanın bərpa olunması üçün Ukraynanın xilasını xüsusi vurğulayıb. 
Nəşr həmçinin, Ukrayna müharibəsi zamanı Rusiyanın işğalçılıq məqsədlərinə çatmadığını qeyd edib.  

Qeyd edək ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya da ötən gün ABŞ-ın nüfuzlu BBC Yayım Korporasiyası tərəfindən dərc edilən ilin 100 ən nüfuzlu qadınlarından biri seçilib. \\Gundem.Az
Tarix: 07 dekabr 2022
Baxış: 298

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş