Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Duzun duzlu tarixi və insan orqanizmində yeri


Duzun tarixi M.Ö 7000 il əvvələ qədər çatır. Dünyanın əbədi abidələrindən hesab olunan “İlliadanın” və “Odiseyyanın” müəllifi, qədim Yunan şairi Homer, duzu müqəddəs substansiya,yəni bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırmışdır.Ümumiyyətlə tarixdə duzla bağlı maraqlı faktlar çoxdur.



Roma,Aralıq dənizində duz ticarətini nəzarət altına almaq üçün İÖ 264-146 illər arasında nə az nə çox düz 100 il Pon müharibəsi etdi və müharibəni qazandı. Karfagen Roma tərəfindən İÖ 146 ildə yerlə yeksan edildi və torpaqlarına duz töküb şumladılar ki bir daha o torpaqlarda ot belə cucərməsin.Ancaq şəhərin ətrafında yer alan məhsuldarlıq verən torpaqlar ilə işləri olmadı. Finikiyalıların 1000 ildən çox mərkəz olaraq saxladıqları Karfagen və Şimali Afrikanın duzu və duzlanmış balıq ticarəti də Romalıların əlinə keçmiş oldu. Qədim Yunan dilində hals duz deməkdir.
Halle sözü də duz çıxardılan yer anlamına gəlir. Bu səbəbdən içində Hall yada Halle olan şəhər adları bir zamanlar oranın duz şəhəri olduğu anlamına gəlir. (Hallstadt, Bad Reichenhall və s.) Almanca da duza Salz deyilir. Almaniya və Avstriya da başlığı bu sözlə başlayan çox yerlər vardır ki mən illərlə orda yaşamışam və yaxından tanış olmuşam. Bu yerlər Salzburg, Salzbach, Salzbrun, Salzdorf, Salzkammer, və s. Azərbaycanda da duzun qədim tarixi var. Naxçıvan Duzdağı dünyanın ən qədim duz mədənidir. Naxçıvan arxeoloqlarının və beynəlxalq arxeoloji ekspedisiya üzvlərinin araşdırmaları zamanı Eneolit və Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika məmulatları, daş çəkiclər tapılıb.
Mədənlərdən aşkar edilmiş maddi-mədəniyyət qalıqları, xüsusilə, daş çəkiclər əsasında müəyyən olunub ki, bu duz yataqlarından eramızdan əvvəl V-III minilliklərdə geniş istifadə edilib. Bakının Masazır qəsəbəsində də duz gölü var. Göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Gölün sahilində duz istehsal edən zavod yerləşir. Göldən duz, suyun səthində olan duz layı şəklində və suyun tərkibində olan məhlul şəklində çıxarılır.
Duz insana nə üçün lazımdır?
Bəzən insanlar duzun heç bir faydası olmadığını sitat gətirərək onu qida rasionundan çıxarırlar ki buda doğru bildiyimiz yalnışlıqlardan biridir və orqanizm üçün də zərərlidir. Duz orqanizmdə olan bütün mayelərin: qan, limfa, hüceyrəarası maye, tər, göz yaşı, hətta öd mayesinin tərkibinə daxildir.Duzun tərkibindəki və orqanizmin özünün sintez edə bilmədiyi natrium olmasaydı, hüceyrələr,qida maddələri və oksigen ilə təmin oluna bilməzdi eyni zamanda sinir impulslarını ötürmək imkanı da sıfıra enərdi. Əzələlər və ürək əzələləri işləməzdi.(Natrium bütün ərzaq məhsullarının tərkibində olsada, əsas mənbəyi rafinə olunmamış duzun tərkibindədir).
Duza olan tələbat niyə artır?
Duz müxtəlif fizioloji proseslərdə daim sərf olunur.Ona görədə duz itkisinin yerini doldurmaq həyatı zərurətdir.İsti iqlim şəraitində yaşayan,fiziki əməklə və idmanla məşğul olan adam tər vasitəsilə böyük miqdarda duz itirdiyinə görə duza olan tələbat da artır. Tarixə nəzər saldıqda, keçmişdə qulların yeməyinə çox duz qatıldığının da şahidi oluruq. Misir piramidalarını inşa edən qulların yeməyini bol duzlu edərdilər.
Hansı duz faydalıdır?
1.Dəniz duzu – Okean, dəniz və göl sularından əldə edilir. Həmin sular buxarlaşdırıldıqda geridə dəniz duzu qalır. Kimyəvi proseduralara məruz qalmır. Dəniz duzu 93 müxtəlif mineral ehtiva edir.
2.Qaya duzu – Qaya duzu da yerin altından çıxarılır. Ancaq süfrə duzundan fərqli olaraq 84 növ mineral ehtiva edir. Təmiz və saf duzdur. Sağlamlıq üçün faydalı duzlardan biridir.
3.Himalay duzu – Kristal halında tapılır və Himalay dünyadakı ən zəngin kristal duz yatağı hesab edilir. Təbiətdəki ən saf duz buradan əldə edilir. Bu duzun tərkibində 84 növdə mineral var.
4. Naxçıvan duzu (xörək duzu) Naxçıvan duzu yalnız ölkəmizdə deyil, dünyada ən yaxşı duz hesab edilir.Naxçıvan yataqlarından çıxarılan duzun tərkibində natrium xlorid 93-95%, həll olmayan quru qalıq isə 5% təşkil edir.
Gündəlik duz tələbatı
Gündəlik duz tələbatı iqlimdən və insanın sağlamlığından asılıdır. Sağlam insanın gündəlik duz tələbatı 5-6 qramdır. Onuda nəzərə almaq lazımdır ki, yediyimiz bəzi qidaların da tərkibində duz var ( çörək, konservləşdirilmiş məhsullar,duzlu balıq, və.s) və bu zaman duzu azaltmaq məsləhətdir. Qan təzyiqi,mədə xorası, ürək qan damar sistemində problemləri olan xəstələr isə mütləq şəkildə həkimləri ilə məsləhətləşmələr apardıqdan sonra duzdan az miqdarda istifadə edə bilərlər.

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov


Tarix: 01 iyul 2022
Baxış: 647

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş