Orqanizmdə Q10 maddəsinin azalması sümükdən tutmuş dəriyə kimi bütün sistemləri sürətlə qocaldır.
Gender.Az xəbər verir ki,endokrinoloq Fərhad Burzu bildirib ki, CoQ10 hüceyrə mitoxondrisində rast gəlinir və hüceyrənin enerji balansının təmin olunmasında rol oynayır.
Q10 antioksidant və antiinflamatuar təsirlərə malikdir, orqanizmdə ən çox ürək, böyrək və qaraciyər kimi yüksək metobolizm sürətinə malik orqanlarda rast gəlinir.
Eendokrinoloq CoQ10-nun 4 formasını - ubixinon, ubixinol, hidroksikoenzim Q10, super ubixinolun olduğunu deyib.
Həkim CoQ10 orqanizmdə azalma səbəbləri də sadalayıb:
- Yaş;
- Ürək-damar xəstəlikləri;
- Revmatoloji xəstəliklər;
- Şəkərli diabet;
- Alzheimer;
- Parkinson;
- Statin istifadəsi;
- Alkoqol və siqaret
Q10 çatışmazlığının əlamətləri:
- Xroniki yorğunluq;
- Oynaq və əzələ ağrıları;
- Miqren ağrıları;
- Yaddaşsızlıq;
- Depressiya.
CoQ10 qida yolu ilə qırmızı ət, qaraciyər, balıq, yumurta, lobya, mərcimək, gül kələm, ispanaq, portağal və çiyələkdən əldə edilə bilər. \\Medicina.Az