Prostatit, Prostat vəzində infeksiya və ya qıcıqlandırıcı amillərin səbəb olduğu bir xəstəlikdir. Tez-tez sidiyə getmə, sidikdə qan və irin qarışığı, xayalıq və düz bağırsaqda ağrı, seksual pozukluqlar, bəzən sidiyin ləngiməsi kimi simptomlar ilə təzahür edir. Hər 10 nəfərdən dördündə rast gəlinən, müalicə olunduqdan sonra tekrar etməsi güclü ehtimal olan xəstəlik şəxsin həyat normlarına, keyfiyyətinə və psixologiyasına mənfi təsir edir.
Xroniki prostatitdən tibbi müalicə ilə olduğu kimi təbii yolla müalicə ilə də xilas olmaq mümkündür.
Prostat vəzinin təbii yollar ilə müalicəsi və əhəmiyyətli tövsiyələr:Brokkoli: 1 litr su qaynadılır və içərisinə 250 qram brokkoli əlavə edilir. Yüngül atəşdə 5 dəqiqə qaynadıqdan sonra süzülür. Əldə edilən su üç hissəyə bölünür, səhər, günorta və axşam yeməklərdən əvvəl içilir. Brokkoli suyunu içdikdən sonra 20 dəqiqəyə qədər sudan başqa heç bir yemək yeməməyə diqqət yetirilir. Suda qaynadılmış brokkoli isə yeməkdə və ya salat olaraq istehlak edilə bilər. Bu tətbiq bir həftə fasiləsiz davam etdirilir. Daha sonra üç gün fasilə verilir və yenidən başladılır.
Hər həftə üç gün fasilə verilərək üç həftə davam etdirilən tətbiq nəticəsində prostatit mənşəli problemlər azala bilər. Lakin bir müddət sonra xəstəliyin əlamətləri yenidən başlasa, brokkoli müalicəsi daha 15 gün tətbiq oluna bilər.
Soğan: Xroniki prostatit xəstəliyinin təbii yolla müalicəsində istifadə edilə digər bir bitki isə soğandır. 1 orta boy qəhvəyi soğan soyulub dilimlənməli və bir dilim çörək ilə yeyilməlidir. Bu xəstəliyin səbəb olduğu iltihabı və ağrını azaldır. Soyulmuş iki soğan bir litr suya salınıb, 8 saat gözlədikdən sonra səhər ac qarnına bir stəkan içmək də ağrıları azaldır.
Balqabaq: Hər gün bir ovuc çiy balqabaq toxumu yemək məsləhətdir. Və ya 500 qram çiy balqabaq toxumu üyüdülür və 200 qr bal ilə qarışdırıldıqdan sonra hər gün səhər yeməyindən əvvəl bir qaşıq istehlak edilir.
Cəfəri toxumu: Toxumlar toz halında üyüdülür. 4 çay qaşığı götürüb, 1 stəkan
qaynadılmış suya əlavə edilib 15 dəqiqə qaynadılır. soyuduqdan sonra süzülür. Gündə 4-6 dəfə 1 xörək qaşığı meyl edilir.
Cəfəri toxumlarından soyuq çay da hazırlamaq mümkündür. Bunun üçün 1 xörək qaşığı toxumu 1 stəkan qaynar suda 8 saat saxladıqdan sonra gündə 1/4 stəkan həcmində 4 dəfə içilir.
Uzun sarıkök tozu: Sarıkök tozunun müntəzəm istifadəsi çox təsirlidir. Salat, şorba, qatığa bir desert qaşığı əlavə edilərək istehlak oluna bilər.
Yerkökü və ispanaq suyu: Yerkökü və ispanaq suyunun prostatit xəstəliyə faydalı olduğu araşdırmalar ilə təsbit edilib.
Exinacea: Exinacea bədənin infeksiyaya qarşı mübarizə aparmasına kömək edə biləcək əla immunitet gücləndiricisinə malikdir.
C vitamini: C vitamini antioksidant bir vitamindir. İltihab əleyhinə və immuniteti gücləndirici təsir göstərir. Sidiyin turşu məhsullarını artırdığı üçün bakteriyalar asanlıqla inkişaf edə bilməzlər. Gündə iki dəfə 500 mq qəbul etmək olar.
Kətan toxumu tozu: Bu toxum iltihab əleyhinə xüsusiyyətlərə malik olan əsas yağ turşularını ehtiva etdiyi üçün qatıqla qarışdıraraq istehlak edilməlidir. Xəstəlikdən əziyyət çəkənlərə çoxlu maye istehlak etmələri, gündə ən az altı ilə səkkiz stəkan su içmələri tövsiyə olunur. Ancaq tərkibində kofein olan qazlı içkilərdən imtina edilməlidir. Çünkü qazlı və ya kofein ehtiva edən içəcəklər sidik problemlərinin artmasına səbəb ola bilər.
Qəbizlik iltihablı prostat vəzini qıcıqlandırır və xəstədə çoxlu ağrılar yaradır. Bu səbəbdən lifli qidaların istifadəsi məsləhətdir. \\Saglamolun.Az