Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Mühafizəçiləri tapşırdı ki, Putinə toxunmaq olmaz, özü istəsə…” – Məşhur fotoqrafın xatirələri

Dünyanın tanınmış fotoqraflarının çoxu ən çətin çəkilişlərin dövlət başçıları ilə olduğunu etiraf edirlər. Burada söhbət çəkilişin mürəkkəbliyindən, onun necə alınacağından yox, siyasi liderlərin kaprizlərindən, vaxt məhdudiyyətindən, fotoqrafların poza “tələbi”nin yerinə yetirilmədiyindən gedir. Belə məqamlarda fotoqraflardan peşəkarlıqla yanaşı, ünsiyyət qurmaq bacarığı tələb olunur.
53 yaşlı britaniyalı fotoqraf  Platon Antoniu isə siyasi liderlərlə işləməyə fərqli yanaşır və məhz bu yanaşma nəticəsində onun kamerası çətinliyə düşmür. Onun ən “çətin müştəri”si isə Vladimir Putin olub.
Gender.az  gündem.az-a istinadla Platonun Putinlə görüşü haqda yazını təqdim edir.


2007-ci ildə Vladimir Putin “Time” jurnalı tərəfindən ilin adamı elan olunanda, prezidentin jurnalın üz qabığına veriləcək fotosunun çəkilməsi Platona həvalə edilib. Jurnalın rəhbərliyi fotoqraf seçimində Platonun həm peşəkarlığına, həm də “hədəf”i ilə tez dil tapa biləcəyinə güvənib. Digər tərəfdən Platonun dövlət başçıları ilə çoxillik iş təcrübəsi olduğundan “Time” ona tam arxayın olub.
Platon mətbuata verdiyi müsahibələrində öz iş prinsipini belə açıqlayıb:
“Mən ən mürəkkəb şəraitlərdə işləməyi bacarıram, hətta gərginlik, vaxt məhdudiyyəti olanda da. Əsas üstünlüklərimdən biri odur ki, bəzi hallarda reqlamenti poza bilirəm. Ətrafda nə qədər adam olmasına, onların məni tələsdirməsinə baxmayaraq, mən çəkiliş gedən yerdə özümdən və “hədəf”imdən başqa heç kimi hiss etmirəm. Daha bir üstün cəhətim isə lentə alacağım adamın gərginliyini, obyektiv qarşısında süni yaratdığı cizgiləri aradan götürə bilməyimdir. Bunun üçün zaman lazım olur və sözsüz ki, hər dəfə dəqiqələri qızılla ölçülən məşhurların zamanını almaq mənim üçün problemə çevrilir. Amma bir çox hallarda buna nail oluram…”
Yüksək qononrar vəd edilməsinə baxmayaraq, Platon əvvəcə Rusiya prezidentini çəkməkdən imtina edib. Üzərinə düşən məsuliyyətin ağır olduğunu əvvəlcədən anlayıb. Amma sonda müqaviləyə imza atıb və beləliklə, o, jurnalın rəhbərliyi ilə Moskvaya yollanıb. Ezamiyyət planında Putinlə müsahibə və fotoçəkiliş nəzərdə tutulub.


Redaksiya əməkdaşları Putinlə görüşmək üçün Moskvadakı mehmanxanada yeddi gün gözləməli olublar. Bu boş vaxtdan səmərəli istifadə edən Platon Putinlə bağlı araşdırmalar aparıb. Siyasi fəaliyyəti, şəxsi həyatı, zövqü, maraq göstərdiyi sahələr, hobbiləri və s. haqqında xeyli bilgilər əldə edib.
Nəhayət, səfərin yeddinci günü qara rəngli “BMV” markalı avtomobil jurnalistlərin arxasınca gəlib. Təxminən iki saat yol getdikdən sonra onlar prezidentin bağ evinə çatıblar. Növbəti “gözləmə” prosesi burada davam edib. Platon həmin anların nə qədər üzücü olduğunu aşağıdakı kimi təsvir edib:
“İki saata yaxın yol getdikdən sonra qalın bir meşəyə girdik. Qar dizdən idi. Maşın hasarlarının hündürlüyü təxminən beş metr olan böyük bir tikilinin qarşında saxladı. Bu prezidentin bağ evi idi. Giriş darvazasının qarşısında bizə maşından düşməyi xahiş etdilər. Hava çox soyuq idi. Təxminən iki saata yaxın mənim aparatlarımı və çəkiliş üçün lazım olan digər çihazları yoxladılar və mən bu iki saat ərzində çöldə soyuq havada qaldım. Sonra məni böyük bir otağa apardılar. Təxmini yəqin etdim ki, bu, prezidentin bağ evindəki iş kabinetinin qəbul otağıdır.


Səkkiz saatdan artıq mən bu qəbul otağında gözləməli oldum. Prezidentin mühafizəçiləri məni qəhvəyə, çaya, şirniyyata qonaq etdilər. Vaxt yetişdi. Mənə dedilər ki, içəri keçib hazırlığımı görüm. İçəri keçdim, ştativləri quraşdırdım, işıqlandırma sistemini qurdum, prezidentin oturacağı yerin arxa hissəsinin fonunu yaratdım. Müsahibə başladı, mən isə çəkiliş aparırdım. Amma bu cür çəkilişlər yalnız reportaj janrı üçün gərəkli ola bilərdi. Mən Putinin portretini də yaratmalı idim. Müsahibə zamanı isə bu heç cür alınmırdı. Nəhayət, söhbət sona çatdı. “Time” jurnalının baş direktoru prezidentə müraciət edti:
  • Cənab Putin, müsahibəyə görə təşəkkür edirəm. Amma sizdən bir xahişim də olacaq. Ənənəyə uyğun olaraq ilin adamının jurnalın üz qabığında fotosu verilir. Bu məqsədlə biz özümüzlə bu görüşə olduqca peşəkar bir fotoqraf gətirmişik. Onun adı Platondur.
Putin mənim adımı eşidəndə qıyqacı baxışlarla məni süzdü. Mən onun baxışlarındakı marağı hiss edəndə ürəyimdə fikirləşdim ki, çəkilişi istədiyim kimi edə biləcəyəm. O, həm də mənə bir az da mərhəmətli baxışlarla baxdı. Yəqin ki, yorğunluğumu və bir az da yazıqlaşdığımı duymuşdu. Kabinetdən hamını çölə çıxartdılar, hətta tərcüməçiləri də. Amma təxminən 20 nəfərə yaxın mühafizəçi içəridə qaldı. Mənə 7-10 dəqiqə vaxt verilmişdi və xəbərdarlıq olunmuşdu ki, prezidentə toxunmaq olmaz, yalnız əgər o istəsə əllə görüşmək olar. Tərcüməçilər çıxdıqdan sonra ondan ingilis dilini bilib-bilmədiyini soruşdum. O da mənə ingilis dilində cavab verdi ki, mükəmməl. Mən dərhal ikinci sualımı verdim:
  • Cənab Putin, siz “Bitlz”ı sevirsiniz? Bilirsiniz, bu sualı nəyə görə verdim, mən sizin Pol Makkartni ilə çox maraqlı fotonuzu görmüşəm.
Putinə bu söhbət maraqlı gəldi. O, tamamilə sərbəst şəkildə dialoqa girmişdi mənimlə. Üzündə heç bir gərginlik yox idi və bu mənim çəkilişim üçün vacib şərt sayılırdı. Prezident Pol Makkartni ilə görüşünü xatırladı. Bu məqamda mən növbəti sualımı verdim:

Tarix: 17 mart 2022
Baxış: 263

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş