Paşinyanla görüşdə Azərbaycanla sülh sazişindən danışdı
Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagendə Monteneqro prezidenti Zakov Milatoviçlə görüşüb.
Görüş zamanı həmsöhbətlər Ermənistan və Monteneqro arasında çoxsahəli əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər ticarət-iqtisadi və turizm sektorlarında əməkdaşlığın dərinləşdirilməsini perspektivli hesab ediblər və bu sahələrdə ardıcıl addımların həyata keçirilməsi barədə razılığa gəliblər.
Monteneqro prezidenti Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və bunun region üçün geniş inkişaf imkanları açacağına əminliyini bildirib. \\Unikal
Tarix: 02 oktyabr 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş