Rusiyada son on ildə 1,8 milyon nəfər bankrot elan edilib.
2015-ci ilin oktyabrında tətbiq edilən fiziki şəxslərin bankrotluğu mexanizmi 10 il ərzində geniş yayılıb. Bu müddətdə 1,8 milyondan çox vətəndaş özünü müflis elan edib, onların ümumi borc öhdəlikləri 4,2 trilyon rubldan artıq olub.
Əvvəllər yalnız şirkətlər və fərdi sahibkarlar bankrot ola bilsələr də, yeni qanun vətəndaşlara da borcdan azad olmaq imkanı yaradıb.
Məlumatlara görə, belə halların halların böyük əksəriyyətində – təxminən 96–97%-də vətəndaşlar özləri məhkəməyə müraciət ediblər. Eyni zamanda, məhkəmələr yalnız az sayda işdə borcun restrukturizasiyası planını təsdiqləyib. Bu da ümumi işlərin 0,3%-dən azını təşkil edir. Əksər hallarda isə borclar sadəcə silinib.
Mütəxəssislər bildirirlər ki, prosedur vətəndaşlara real yardım göstərsə də, həm də sui-istifadə halları artıb. Bəzi vətəndaşlar lüks ev və ya avtomobil alaraq, daha sonra bankrotluq vasitəsilə borcdan yayınmağa çalışıblar. Buna görə də son illərdə məhkəmələr bankrot elanlarına daha sərt yanaşır, xüsusilə şübhəli əməliyyatlara diqqəti artırıblar.
Hazırda Rusiyada bankrotluq mexanizmi artıq “kütləvi maliyyə sıfırlanması” alətinə çevrilib. Ekspertlər qeyd edirlər ki, bu proses yüz minlərlə insana borc yükündən xilas olmaq imkanı versə də, kredit mədəniyyətində mənfi təsirlər də yaradıb. \\Valyuta.az