Ağır qəza: Yaralılar var -FOTOLAR
Naxçıvan şəhərində zəncirvarı qəza olub, 4 nəfər xəsarət alıb.
Gender.Az xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində baş verib.
Qəza zamanı iki "VAZ 2107", "Raf" və "NAZ-Lifan" markalı avtomobillər toqquşub.
Zəncirvarı qəzada 4 nəfər xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.(apa)
Tarix: 01 oktyabr 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş