Azərbaycan XİN-dən Xocalı soyqırımı ilə bağlı paylaşım - FOTO
"Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır".
Gender.Az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyıqrımının 31-ci ildönümü ilə bağlı tviter hesabındakı paylaşımında yer alıb.
“Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün zəfər olmalıdır”, - XİN-in paylaşımında qeyd edilir.
Tarix: 25 fevral 2023
Baxış: 239
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş