Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Eks-prezident agent olduğunu təsdiqlədi: “Onu konteynerə qoyub Gürcüstana göndərdilər”

“Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili agent olduğunu təsdiqləyib”.
Bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Bundan əvvəl Saakaşvili Almaniyanın “Spiegel” nəşrinə müsahibə verib və xüsusilə Rusiyanı onun Gürcüstana qayıdışını təşkil etməkdə günahlandırıb. Eyni zamanda 2021-ci ilin payızında qayıtmasının Rusiyanın təqdim etdiyi agentlər tərəfindən planlaşdırıldığını istisna etməyib.
“Saakaşvili təsdiqlədi ki, əslində o, adi agentdir. Ondan başqa ölkəyə, indiki halda Gürcüstana hansı məqsədlə gətirildiyini də soruşmurlar. Onu konteynerə qoyub Gürcüstana göndərdilər”, – Kobaxidze vurğulayıb.
Kobaxidze agentin ölkəni doqquz il idarə etməsini acınacaqlı hadisə adlandırıb: “Biz artıq Gürcüstanda belə bir prezidenti görməməliyik. Ümumiyyətlə, belə insanlar Gürcüstanda heç vaxt siyasətin önündə olmamalıdırlar”, – Kobaxidze bildirib.
Qeyd edək ki, Saakaşvili 2021-ci il sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tiflisdə saxlanılıb. O vaxta qədər Saakaşvili iki cinayət işi üzrə – deputat Valeri Gelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qətlində təqsirli bilinib və qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilib.
Bundan başqa, Tiflis Şəhər Məhkəməsi ona qarşı üç iş – dövlət vəsaitinin mənimsənilməsi, 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçmə maddələri ilə ittiham irəli sürüb və hazırda işə baxılır.
Məlumat üçün bildirək ki, Saakaşvili həbs olunduğu vaxtdan ümumilikdə altı ay kamerasında yatıb. Qalan vaxtı isə xəstəxanada keçirib. Onun hazırda Vivamedi klinikasında olması haqda məlumatlar var. \\KONKRET.az
Tarix: 31 yanvar 2023
Baxış: 182

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş