Xəbər lenti
Reklam
Zakir Həsənov: “2016-cı ildə Türkiyə ilə gücümüzü birləşdirib, bir neçə strateji yüksəkliyi ala bildik”
"2016-cı ildə Türkiyə ilə gücümüzü birləşdirib, bir neçə strateji yüksəkliyi ala bildik və bu, bizim qələbəmizin başlanğıcı oldu”.

Bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.

Nazir deyib ki, 44 günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyəti, xalqı və Silahlı Qüvvələri Azərbaycanın yanında olmaqla, bu mübarizənin zəfərlə başa çatmasına səbəb olub:

"2013-cü ildə Prezident İlham Əliyev məni müdafə naziri təyin edəndə bildirdi ki, bizim beynəlxalq hüquqa ümidimiz yoxdur, ikili standartlar var, biz gərək torpaqlarımızı öz gücümüzlə azad edək və "Bir millət, iki dövlət” prinsipindən çıxış edərək Türkiyə Silahlı Qüvvələrinin bilik və bacarığı, dəstəyi ilə ordumuzu quraq. Başda hörmətli nazirmiz Hulusi Akar olmaqla Türkiyə ordusuna, xalqına və dövlətə öz minnətdarlığımı bildirirəm”.\\Report

Tarix: 22 dekabr 2022
Baxış: 438

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş