Xəbər lenti
Reklam
RSK komandanlığı: "Ermənistan və Azərbaycan tərəflərindən təkliflərimizə CAVAB GÖZLƏYİRİK" - FOTO

RSK komandanlığı vəziyyəti həll etmək üçün Ermənistan və Azərbaycan tərəflərinə təkliflə çıxış edib.
Gender.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülletenində deyilir.
Volkov Ermənistan və Azərbaycan tərəflərinin Laçın dəhlizində vəziyyətin nizamlanması təkliflərinə cavablarını gözləyir.
Rusiya sülhməramlı kontingentinin Laçın- Xankəndi avtomobil yolundakı 7 saylı postu ərazisində vəziyyət dəyişməz olaraq qalır.
Bildirilir ki, danışıqlar prosesi zamanı Rusiya sülhməramlılarının komandanlığı Ermənistan və Azərbaycan tərəflərinin vəziyyətin həlli ilə bağlı təkliflərinə cavablarını gözləyir.
Maraqlıdır, görəsən Volkov nə təklif edir?
Hər halda, Azərbaycan tərəfinin tələblərini yerinə yetirmək lazımdır. Çünki bura Azərbaycanın ərazisidir və ermənilər burada heç nəyə qərar vermirlər.

KONKRET.az

Tarix: 17 dekabr 2022
Baxış: 402

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş