Xəbər lenti
Reklam
Erməni analitik: Ermənistan İrəvana hücum təhlükəsi altında belə “Zəngəzur dəhlizi”ni açmamalıdır

Azərbaycan güc yolu ilə “Zəngəzur dəhlizi”ni əldə etməyə çalışa bilər.   Amma  Bakı Ermənistanın spzügedən dəhlizi öz xoşuna açmağında maraqlıdır.
Gender.Az-ın erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu fikri erməni analitik Arqişti Kiviryan öz Facebook səhifəsində ifadə edib.
Onun sözlərinə görə, Azərbaycana bu bir tərəfdən beynəlxalq ictimaiyyət tərəfindən təcavüzkar kimi qiymətləndirilməməsi üçün, digər tərəfdən də İranın gözlənilməz addımlar atacağından ehtiyat etdiyi üçün lazımdır. “Tehran üçün bu dövlət təhlükəsizliyi məsələsidir və İran təkcə Sünikə deyil, həmçinin Naxçıvana, Cəbrayıl-Zəngəlana və Muğana hücum edərək, Cənubi Azərbaycanla  Azərbaycan dövləti arasında “ ya özünə yarayan, ya da ölü zona” yarada bilər.”
Analitik əlavə edib ki, riskə getməmək üçün hər zaman işini ehtiyatlı tutan İlham Əliyev  erməni tərəfinin bu dəhlizi   öz xoşuna amasına nail olmalıdır. Bu zaman həm gizli, həm də aşkar şəkildə bu dəhlizin açılması ideyasını dəstəkləyən beynəlxalq təşkilatlarla, həmçinin iranla bağlı məsələ öz həllini tapacaq. Belə ki, əgər ermənilər sözügedən dəhlizi könüllü olaraq açsa, İranın hər hansı kəskin hərəkəti təcavüzkarın qarşısını almaq aktı kimi qəbul edilməyəcək, əksinə Tehranın özü təcavüzkar kimi tanınacaq.
“ Erməni tərəfi heç bir halda, hətta düşmən qoşunları İrəvanı təhdid etməyə başlasa belə, könüllü olaraq bu dəhlizi açmamalıdır. Çünki bununla həm biz (çağdaş erməniləri-red.),həm də  gələcək nəsillər bu ərazidə dövlətə sahib olmaq imkanından  məhrum ola bilər...”, - deyə Kiviryan fikrini yekunlaşdırıb.

Tarix: 12 dekabr 2022
Baxış: 334

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş