Redaktor seçimi
    Cinayəti etiraf edən oğrular həbs edilmədi - MASALLI POLİSİ OĞRULARLA ƏLBİR OLDU
Xəbər lenti
Reklam
ABŞ-ın bu fondu Azərbaycan üçün ayırdığı qrantın məbləğini artırdı: “5-ci kolon” nümayəndələri...
                                                            
Son günlər ölkəmizdə “5-ci kolon” nümayəndələri və onların əlaltılar sözün əsl mənasında fəallaşıb. Azərbaycanda insan hüquqularının pozulduğu, ictimai fəalların təzyiqlərə məruz qaldığını, hətta onlara qarşı zorakılıq həyata keçirdiyini iddia edən bu şəxslər bu da azmış kimi bu motivdə bir sıra video görüntülərin yayılmasında cəhd edirlər. 

Təbii ki, hər cəmiyyətdə müxalif düşüncəli fikirlər olur. Bu normaldır. Lakin “5-ci kolon” nümayəndələri üzdə müxalif görünsələr də konkret ölkə xaricindən maliyyələşir və bir sıra qüvvələrin maraqlarına xidmət edir. Məhz buna görə bu şəxsləri səmimi müxalif düşüncə adlandırmaq olmaz. 


Hesab edirəm “5-ci kolon” nümayəndələrinin son günlər fəallaşmasının əsl səbəbi heç də onların qeyd etdiyi kimi Azərbaycanda insan hüquqlarının pozulması və ya ictimai fəalların təzyiqlərə məruz qalması deyil. Bu iddialar onların çirkin niyyətinin ətraflarından tərəfdar toplamaq üçün sərgilədiyi təqdimatdır. Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, ABŞ-ın NED-National Endowment for Democracy  fondu Azərbaycan üçün 2022-ci il üçün 970, 235  dollara yaxın qrant ayırıb. Bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. Maraqlıdır ki, Fond 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd var. 

Azərbaycanda fəaliyyət göstərən “5-ci kolon”un üzvləri və onların əlaltıları hazırda faktiki olaraq qrant layihəsini icra edir. Kolon nümayəndələri Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsünü yaratmağa cəhd göstərirlər. Bunu təsdiqləyən digər bir fakt6da onların fəallaşmasının məhz iyunun 10-12 Bakıda Formula 1 yarışması start götürdüyü tarixə yaxın baş verməsidir. Buradan belə bir nəticəyə gəlmək olar ki, “fəalların” aksiya təyin etməsi beynəlxalq yarışmanın keçiriləcəyi günlərdə təşkil olunacaq.  


Maraqlıdır ki, artıq bir həftədən çoxdur Ermənistanda aksiyalar səngimir və aksiya çərçivəsində insanların, ictimai fəalların həbsi, döyülməsi, aksiyaların qəddarcasına dağıdılmasına dair onlarla faktlar var. Amma nə ABŞ-ın bu ölkədəki səfirliyinin, nə Dövlət Departamentinin, nə də sifarişlə işləyən beynəlxalq hüquq-müdafiə təşkilatlarının məsələyə lazımi reaksiya verməsinin şahidi olmadıq. Sanki Ermənistanda heç bir hadisə baş vermir.


Aydın məsələdir ki, Ermənistanda baş verən aksiyalar Sorosun istəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan əleyhinədir. Bu da həqiqətdir ki, Soros öz kadrının hakimiyyətdən getməsinə izin verməz. Bunun üçün Ermənistanda baş verən bütün insan haqları pozulmasına göz yumulur. Hər halda Ermənistanda baş verən biabırçılıqlara göz yuman ABŞ-ın Azərbaycanda adi bir məişət hadisəsinə Dövlət Departamenti səviyyəsində reaksiyasına başqa ad vermək mümkün deyil.


İşin tragikomik hissəsi isə ondan ibarətdir ki, ABŞ-ın özündə il ərzində ictimai fəallar, hətta jurnalistlər də daxil olmaqla minlərlə cinayət hadisəsi, hüquq pozuntuları baş verir. Amma bunların haqqında danışan yoxdur. 


Turan Rzayev


Tarix: 11 may 2022
Baxış: 101

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]