Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Şirkətlərin taksi sürücülərinə verilən bəxşişdən faiz tutması qanunidirmi? – AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülər çalışdıqları şirkətin sərnişinin onlara verdiyi bəxşişdən faiz tutduğunu bildirirlər. Onlayn ödəniş vaxtı proqram sərnişinə sürücü üçün müəyyən miqdarda bəxşiş qoymasını təklif edir. Bu məbləğ 50 qəpiklə 2 manat arasında dəyişir. Sürücülər həmin bəxşişin 25 faizini şirkətin özünə götürdüyünü iddia edirlər.
Maraqlıdır, sürücünün şəxsi keyfiyyəti, nəzakətli davranışına görə ona əlavə olaraq ödənilən bəxşişdən şirkət faiz tutmalıdırmı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu, şirkətlə sürücü arasında bağlanan müqavilə ilə tənzimlənməlidir:
“Əslində, şirkətin müqavilə şərtləri olmadan, müqavilədə göstərilmədən  bəxşişlərin müəyyən bir hissəsini özünə götürməsi doğru deyil. Onlarla fərdi müqavilələrin başlandığını, fərdi müqavilələrdə bunun nəzərdə tutulduğunu bilmirəm. Əgər tutulmayıbsa, şirkət birbaşa sürücülərin hüquqlarını pozur və onların ciblərinə girir. Bununla bağlı fərdi müqavilələrə baxmaqda yarar var, onların necə bağlandığını görmək lazımdır”.

Tarix: 26 aprel 2024
Baxış: 143

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş