Redaktor seçimi
    Beynəlxalq konfrans iştirakçıları Şuşa türməsinə baş çəkdilər
Xəbər lenti
Reklam
Gəncədə kişi həyat yoldaşını avtomobillə vurub öldürdü
Gəncədə kişi həyat yoldaşını avtomobillə vurub öldürdü.
Gender.az xəbər verir ki, Axar.az-ın Gəncə müxbirinin məlumatına görə, hadisə bu il aprelin 3-də baş verib. Şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Abbasov özünə məxsus "Jiquli" ilə qəsdən həyat yoldaşı 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib. E. Abbasov isə hadisədən sonra sirkə turşusu içərək intihara cəhd etmişdi. O da xəstəxanaya yerləşdirilsə də, sağalandan sonra hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar aparılır.
 
Tarix: 22 aprel 2019
Baxış: 444

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş