Prezidentdən İsa Həbibbəylinin oğlu ilə bağlı SƏRƏNCAM
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif olunması ilə bağlı Sərəncam imzalayıb.
Təltif olunan şəxslər sırasında tanınmış ictimai-siyasi xadim, iqtisadçı və dövlət qulluqçusu Ərəstü Həbibbəyli də yer alır.
Ərəstü Həbibbəyli uzun illər dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərərək müxtəlif məsul vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir. Həmçinin birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir.
İqtisad elmləri namizədi olan Ərəstü Həbibbəyli ölkənin ictimai-siyasi həyatında və dövlət idarəçiliyi sistemində aktiv fəaliyyəti ilə tanınır.
Qeyd edək ki, o Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.
Tarix: 23 iyun 2026
Baxış: 21
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş