Gender.az Axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Elşən Orucov"Genə bax" proqramında deyib. Aktyor "Bozbash pictures"in dağılmasından söz açıb. O bildirib ki, evlilik və kinoteatrlarla yaşadıqları problem buna səbəb olub.
Verilişin qonaqlarından olan aktyor və aparıcı İlkin Həsəni isə layihənin dayanmasında əsas səbəblərdən birinin kinoteatrlarla əməkdaşlıq zamanı yaşanan çətinliklər olduğunu vurğulayıb:
"Bir film layihəsi bir ilimizin doqquz ayını alırdı. Ssenari yazılır, çəkiliş aparılır, təqdimata hazırlaşırdıq. Sonra isə hər həftə kinoteatrlardan gələcək gəliri gözləyirdik. Hamı filmdən sonra ödənişini alırdı, biz isə qazancın nə qədər olacağını filmin nümayişindən sonra bilirdik. Axırda baxırdıq ki, doqquz aylıq əziyyətin qarşılığı bu imiş.
Sonuncu filmimiz "Bombaltı" oldu. Ən bahalı layihəmiz idi. Hər il daha yaxşı iş görməyə çalışırdıq. 2015-ci ildə filmlərdə "06", "07" maşınlar aşırdırdıq, sonradan artıq "Opel", "BMW" kimi avtomobillərdən istifadə edirdik. Amma kinoteatrlar bizi incitdi, istədiyimiz gəliri əldə edə bilmədik. Onlar özəl şirkətdirlər, bilet qiymətlərini və seans sayını istədikləri kimi dəyişə bilirlər. İki şəbəkə arasında qalmışdıq, birtəhər dil tapmağa çalışırdıq, amma alınmırdı".







Pensiyası kəsilənlərin nəzərinə
Naxçıvanda vəzifəli şəxs həbs EDİLDİ
Yaşınız 50-ni keçibsə, DİQQƏTLİ olun
"Aztelekom" internet tariflərini artırmaq üçün müraciət edib?
Xərçənglə mübarizədə təhsil müəssisələrinin rolu artırılmalıdır — Onkoloq
Narınginin orqanizmə 10 FAYDASI
Bakıda binada uçqun
Vətən müharibəsi qazisi qətlə yetirilib - FOTOLAR
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Bakının 2 rayonunda qaz olmayacaq




