Xəbər lenti
Reklam
9 fəaliyyət sahəsində işçi sayı geriləyib - SİYAHI


2026-cı il iyunun 1-i vəziyyətinə Azərbaycanda mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı 1 milyon 790,6 min nəfər olub. Bu göstərici ötən ilin eyni dövründə 1 milyon 769,2 min nəfər təşkil edib. Beləliklə, bir il ərzində muzdla çalışan işçilərin sayı 21,4 min nəfər və ya 1,2% artıb.
Bununla yanaşı, bütün sahələrdə artım qeydə alınmayıb. Bir sıra fəaliyyət istiqamətlərində muzdla çalışan işçilərin sayı azalıb.
Valyuta.az işçi sayının azaldığı sahələri aşağıdakı cədvəldə təqdim edir.

İqtisadi fəaliyyət növləri
2026 (min nəfər)
2025 (min nəfər)
Azalma (min nəfər)
Azalma (%)
İnzibati və yardımçı xidmətlərin göstərilməsi
62,5
73,5
-11,0
-14,97%
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət
49,6
52,2
-2,6
-4,98%
Təhsil
324,8
328,6
-3,8
-1,16%
Dövlət idarəetməsi və müdafiə; sosial təminat
109,2
111,0
-1,8
-1,62%
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
41,0
42,0
-1,0
-2,38%
İnformasiya və rabitə
33,7
34,6
-0,9
-2,60%
Mədənçıxarma sənayesi
31,6
32,2
-0,6
-1,86%
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı
28,3
28,5
-0,2
-0,70%
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar
19,3
19,5
-0,2
-1,03%




23.07.2026
Sərvanə Rəmixanova

Tarix: 23 iyul 2026
Baxış: 28

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş