Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Sabiq prezident intihar etdi
 
Perunun sabiq prezidenti Alan Qarsiya (1985-1990, 2006-2011) məhkəmənin qərarına əsasən həbs olunarkən intihar edib.
İntihara cəhd göstərən sabiq prezident Lima hospitalında ölüb.
Telekanalın yaydığı məlumata görə, məhkəmə Alan Qarsiyanın korrupsiya haqqında iş üzrə 10 gün müddətinə həbs olunması barədə qərar çıxarıb. Prokurorluğun əməkdaşları orderi sabiq prezidentə təqdim etmək üçün onun Limadakı evinə gəliblər və bu zaman Qarsiya özünə qəsd edib.
Alan Qarsiya Braziliyanın Odebrecht tikinti şirkətinin işi üzrə korrupsiyada şübhəli bilinirdi. Ötən ilin noyabrında məhkəmə onun 18 ay müddətində ölkədən çıxmasına qadağa qoymuşdu. İstintaqın fikrincə, sabiq prezident şirkət üçün əlverişli müqavilə bağlanmasına kömək müqabilində 100 min dollar ala bilərdi. Təqsirini inkar edən sabiq dövlət başçısı 2018-ci il noyabrın 17-dən dekabrın 3-dək Uruqvay səfirliyində gizlənmişdi. Lakin ona sığınacaq verilməsindən imtina olunmuş və bundan sonra Qarsiya səfirliyin iqamətgahını tərk etmişdi.\\Teleqraf.com
Tarix: 17 aprel 2019
Baxış: 508

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş