Redaktor seçimi
    "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident
Xəbər lenti
Reklam
Bu xəstəxanaya yeni direktor təyin edildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Tamara Nurəliyevaya həvalə olunub.

Tamara Nurəliyeva 14.07.1981-ci ildə Bakı şəhərində anadan olub.
1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2005-2006-cı illərdə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura təhsili alıb.

2008-2009-cu illərdə “A-Qroup Sığorta şirkəti” QSC-də Müştərilərə xidmət departamentinin mütəxəssisi vəzifəsində çalışıb. 2017-ci ildə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Muğanlı kənd həkim məntəqəsinin müdiri, 2017-2020-ci illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Suvagil kənd xəstəxanasının baş həkimi olub.
2020-ci ildən ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində çalışıb.

2022-ci ildən isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini vəzifəsinə təyin olunub. \\Medicina

Tarix: 02 avqust 2022
Baxış: 375

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş