Redaktor seçimi
    "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident
Xəbər lenti
Reklam
Əhdə vəfa etməmək Allahın qəzəbinə səbəb olub - Avtobus qəzasının sirləri

"Biz hər şeyi sayıb yazmışıq". Quran. 
Xəbər verildiyi kimi, yanvarın 4-də 149 nömrəli marşurut üzrə sərnişin daşıyan 99-JN-189 nömrəli avtobus yük maşınına çırpılaraq qəzaya uğradı. Nəticədə ölən və yaralananlar oldu (dünyasıını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik). Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə xüsusi qanunauyğunluğa tabedir və ölkədə pozğuluğun, haqsızlığın artmasına; məmurların xalqa yersiz zülm etməsinə görə Yaradanın xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 
1) Bu qəza keçən il (28 iyun) Astarada baş verən 5,2 bal gücündə zəlzələ həyəcanının 189-cu günü baş verdi ki, bu da avtobusun nömrəsində həkk olunub (99-JN-189).
2) DSX Akademiyasındakı yanğının (06.12.22) 761-ci günüdür ki, bundan da orjinal (Kəəbədə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd yenə də avtobusun nömrəsini göstərir:
761 – 286 – 286 = 189 
3) 28.10.23 tarixli Ay tutulmasının 435-ci günüdür ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq alınan ədəd marşrutun nömrəsini göstərir: 
435 - 286 = 149
4) Xatırladaq ki, 30.06.23. tarixdə Daşkəsəndə baş verən güclü sel çoxlu dağıntılara və ölümə səbəb oldu. Sözü gedən avtobus qəzası həmin sel fəlakətinin 555-ci günü baş verdi ki, bu da tövbə və cəza  rəmzi olaraq, tövbə etməyənlərin tezliklə cəzalanacağı mesajını verir. 
5) Dövlət səviyyəsində üçüncü dəfə Qurana əl basaraq and içilməsinin 4091-ci günüdür ki, bundan da Yaradanın rəqəmsal imzasını və tövbə rəmzini çıxsaq, yenə də qəzaya uğrayan avtobusun nömrəsi görünər:
4091 – (286+286) – (555+555+555) - (555+555+555)  = 189
"Əhdə (içdiyiniz anda) vəfa edin. Çünki insan əhd barəsində cavabdehdir(insan verdiyi sözü yerinə yetirib-yetirmədiyi haqda sorğu-sual olunacaqdır)". Quran, 17:34
NƏTİCƏ: oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram. Bu və digər elmi-lədun hesablamalarımız göstərir ki, ölkə əhalisinin Yaradanın qanunlarını saya salmaması (məhəl qoymaması), məmurların Qurana and içib, sözlərini tutmamaları, xalqa əziyyət vermələri... Allahın qəzəbinə səbəb olmuş və yurdumuza bəla göndərmək qərarına gəlmişdir. Yaradanın prinsiplərinə görə bütün dövrlərdə bu cür hallar (aşağıların pozğunluğu, məmurların zülmü...) artanda əvvəl xəbərdarlıq göndərilir, sonra bəla gəlir (Nuh, Lut, Saleh... qövmlərinə gələn kimi):
“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17
Məndən sizə tövsiyyə: nə qədər ki, sizdən öncəkilərə (yuxarıda sadaladığım qövmlərə) gələn kimi, sizə də bəla gəlməyib, günahlarınıza görə tövbə edin və səhv yoldan, xalqa zülm verməkdən, insanarın haqqını tapdalamaqdan əl çəkin! Bəla gələndə gec olacaq (artıq tövbə qapıları bağlanmış olacaq).  
Çox istərdim ki, yaxın günlərdə gəlcək böyük bəladan  hamınız xilas olasız. Amma, bu mənim yox, sizin (tövbə etmək) istəyinizdən aslıdır. İstəyin ki, Allah sizləri xilas etsin. 

Xəbərdarlığı çatdırdı:
Paşa Yaqub – Pangeyist

Tarix: 07 yanvar 2025
Baxış: 61

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş