Rusiyada bakalavr pilləsi ləğv ediləcək
Rusiya universitetləri 2026-cı ildən etibarən yeni ali təhsil sisteminə keçəcək.
Gender.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyi açıqlama yayıb. Qeyd edilib ki, yeni sistemə görə, artıq "bakalavr" anlayışı tətbiq edilməyəcək. Bunun əvəzinə, ali təhsil yalnız iki səviyyədən ibarət olacaq: əsas və ixtisas. Magistratura isə əvvəlki kimi mövcud qalacaq.
Nazirlik bildirib ki, 2026-cı ilin sentyabrın 1-dən etibarən Rusiya universitetləri yeni təhsil sisteminə keçəcək. Bu tarixə qədər müvafiq normativ hüquqi aktlar hazırlanaraq təsdiq ediləcək. Həmçinin, hal-hazırda mövcud təhsil proqramları üzrə təhsil alan tələbələr həmin proqramları tamamlayacaq.
Tarix: 07 yanvar 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş