Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Çeçenistanın millət qəhrəmanı təyyarəni vuran çeçeni qınadı


Qarabağ qazisi, Çeçenistanın Millət Qəhrəmanı Arif Məhərrəmov AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasında günahı olan hər bir şəxsin cəzalanmasını istəyir. O bununla bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb:

"AZAL-a məxsus təyarəmizin Rusiyanın ərazisi olan Çeçenistan istiqamətində eniş ərəfəsində Çeçenistan səmalarında dronların vurulma anlarında təyarəmizin zədələnməsi nəticəsində insan tələfatı ilə nəticələnən faciəni etirazımız əsasında pisləyərək səbəbkarlardan üzr istəmələrini və təzminat ödəmələrini tələb edirik. Qafqaz Xalqlarının birlik ənənəsinə sadiq olaraq  baş verən faciə bir birimizə doğma olan Vaynax - Dağıstan və ümumən Qafqaz Xalqlarının faciəsi hesab edərək, kədərlənməyimizin əsasında həmrəyliyimizi bildiririk".

Qarabağ qazisi qeyd edib ki, pilotların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq:

"Rusiyanın ərazisi olan Çeçenistan istiqamətində  Milli Aviasiyamız AZAL-a məxsus vurulan təyarəmizin dənizin su hövzəsi sahilinə endirmək mümkünatını edə bilməsələrdə, məcburi enmə əməliyyatı zamanı daha böyük faciədən yayınmaq üçün həyatlarını qurban verərək yaşayış məntəqəsindən uzaqlaşdırmaqla mərdlik fədəkarlığı edərək, nə lazım idisə etdilər. Həlak olanlara rəhmət yaralılara şəfa diləyirəm".

Tarix: 04 yanvar 2025
Baxış: 130

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş