Biabırçı festivalla bağlı mətbuat konfransı keçiriləcək
II Milli Yaylaq Festivalının təşkilatçıları mətbuat konfransı keçirəcək.
Bununla bağlı festivalın təşkilatçısı olan "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov məlumat yayıb. O qeyd edib ki, bütün media nümayəndələri mətbuat konfransına dəvətlidir.
Bildirilib ki, 3 avqust saat 18:30-da Gəncədə “Kitab Oxu” Evində II “Milli Yaylaq Festivalı”nın yekununa dair mətbuat konfransı keçiriləcək. Konfransda media nümayəndələrinin sualları cavablandırılacaq.
Xatırladaq ki, II Milli Yaylaq Festivalı zəif təşkilatçılıq və jurnalistlərə hörmətsizlik edilməsi haqqında iddialarla gündəmə gəlmişdi. Media nümayəndələri təşkilatçılar - Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakmiyyəti və digər qurumları sərt tənqid ediblər.\\Redaktor
Tarix: 02 avqust 2022
Baxış: 299
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş