"Azərbaycan prinsiplərini qoruyur, öz yerini və rolu yaxşı bilir" - David Babayan
Qarabağdakı qondarma rejimin "xarici işlər naziri” David Babayan "24 news TV"yə verdiyi müsahibə verib.
Qondarma DQR-in gələcəyindən danışan "XİN başçısı" bunun özlərindən asılı olduğunu bildirib.
"Qarabağın gələcəyi müstəsna olaraq bizdən, yanaşmamızdan və münasibətimizdən asılıdır. Biz gərək Azərbaycandan götürək. Yəni böyük və ondan daha güclü dövlətlərlə münasibətlər qurmağı nəzərdə tuturam. Belə ki, ABŞ-ın xarici siyasətinin rəhbəri Minsk Qrupundan danışır, İlham Əliyev isə deyir ki, belə bir qrup artıq yoxdur. Beləliklə, Azərbaycan prinsiplərini qoruyub saxlayır, öz yerinin və rolunun əhəmiyyətini yaxşı bilir. Bu fırtınalı geosiyasi proseslər fonunda biz də bir olmalı, ayağa qalxmalı və sona qədər mübarizə aparmalıyıq. Çünki prinsip, intellektimiz və fədakarlığımızla yanaşı, əlimizdə olan ən böyük şey silahdır”, deyə Babayan bildirib.
David Babayan son olaraq Rusiyanın onlar üçün yeganə xilas yolu olduğunu bildirib: "Kim Rusiyanı daşlayırsa o Qarabağı da daşlayır". \\Qaynarifno
Tarix: 30 iyul 2022
Baxış: 414
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş