Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Dünyada yeni MÜHARİBƏ ANONSU – Çin ABŞ-ın bu addımına görə Tayvana hücuma hazırlaşır

Çin Tayvan separatçılarına qarşı müharibəyə başlamağa hazır olduğunu bəyan edib.
Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian amerikalı senator Rik Skottun Tayvana səfərini şərh edərkən belə deyib:
“Çin Xalq Azadlıq Ordusu “separatçıların” və xarici qüvvələrin cəhdlərini dayandırmağa hər an hazırdır. Bu, Vahid Çin prinsipinin və Çin-ABŞ kommunikasiya şərtlərinin kobud şəkildə pozulmasıdır”, – deyən Vu Qian belə bir səfərin Çin-ABŞ münasibətlərinə ciddi ziyan vuracağını bildirib.
Bundan əlavə, Çin Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, ABŞ-ın atdığı addımlar Tayvan boğazında vəziyyəti gərginləşdirir:
“Çin hər zaman müharibəyə hazırdır, hər an hərbi əməliyyatlara başlaya bilər. Biz suverenliyimizi və ərazi bütövlüyümüzü qətiyyətlə müdafiə edəcəyik. Xarici qüvvələrin rəsmi Pekinin daxili işlərinə qarışmaq cəhdlərini və “separatçı”ların Çindən ayrılmağa yönəlmiş hərəkətlərini dayandırmaq üçün bütün tədbirlər görüləcək”, – Vu Qian fikirlərini tamamlayıb. \\KONKRET.az

Tarix: 08 iyul 2022
Baxış: 371

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş