Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Dünyanın ən xəsis iş adamı öldü

Yaponiyanın məşhur avtomobil istehsalçısı Suzuki Motor Corporation-a 40 ildən çox rəhbərlik etmiş Osamu Suzuki 94 yaşında limfomadan dünyasını dəyişib.
Gender.Az Tass-a istinadən xəbər verir ki, Osamu Suzuki şirkətə 1958-ci ildə qoşulub və onun təsisçilərindən birinin qızı ilə evlənərək ailənin soyadını qəbul edib. 1978-ci ildə şirkətin prezidenti olan Osamu Suzuki kiçik və ucuz avtomobillərin istehsalına diqqət yetirərək, Suzuki-ni həm Yaponiyada, həm də Hindistan, Cənub-Şərqi Asiya və Macarıstan kimi inkişaf etməkdə olan bazarlarda böyük uğurlara imza atıb.
Suzuki-nin kiçik avtomobil seqmentindəki lider mövqeyi Osamu Suzuki-nin strateji yanaşması nəticəsində uzun illər qorunub saxlanılıb. Onun rəhbərliyi dövründə şirkətin satışları on dəfə artıb. Hətta Yaponiyada böyük korporasiyalar arasında kiçik bir oyunçu olsa da, Suzuki Hindistanda 2023-cü ilə qədər bazar payının 40%-dən çoxuna sahib olub.
Qeyd edək ki, o, dünyanın ən xəsis iş adamlarından biri kimi tanınırdı.Tullantılara nifrət edən və xərcləri azaltmaq üçün daim yenilikçi həllər axtaran Suzuki biznesdə xəsislik və qənaət vəsvəsəsi ilə şöhrət qazanıb. Şirkətin hətta boyaya qənaət etmək üçün fabrikin döşəmə rəngini dəyişdirdiyi də iddia edilir.

Tarix: 28 dekabr 2024
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş